“Kapitalizm: İqtisadi inkişaf ətraf mühitin deqradasiyasına ziddir?”

“İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunda bu gün sonuncu panel keçirilib. SİA-nın verdiyi məlumata görə, “Kapitalizm: İqtisadi inkişaf ətraf mühitin deqradasiyasına ziddir?” mövzusu ətrafında çıxışlar gedir.

İqtisadi istismar və ticari maraqlar bir çox hallarda məhsuldarlıqdan maksimum fayda götürmək məntiqinə əsaslanıb. Bu təbii sərvətləri o dərəcədə tükətmişdir ki, artıq bəşəriyyətin varlığı təhlükə altına düşüb. Bu boşluq necə aradan qaldırılmalıdır?

Moderator Dünya Bankında sabiq baş məsləhətçi Nadereh Çamloudur.

Spikerlər Bosniya və Herseqovina Baş nazirinin müavini, Xarici ticari iqtisadi münasibətlər naziri Mirko Saroviç, Niderland Krallığının Baş naziri (1994-2002) Vim Kok, Ekvador Respublikasının Prezidenti (1997) Rosaliya Arteaqa Serrano, Yeni Zelandiyanın Baş naziri (1990-1997) Ceyms Bolger, Fransa Respublikasının İqtisadiyyat naziri (1993-1995) Edmond Alfanderi, Moldova Respublikasının Baş naziri (2008-200) Zinaida Greccaniidir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə