ABŞ-ın Monteneqrodakı səfirliyinə hücum edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə ilə əlaqədar səfirliyin binasına bütün girişlər bağlanıb.

İlkin məlumata görə, naməlum şəxs əvvəlcə paytaxt Podqoritsada yerləşən səfirliyin ərazisinə bir neçə əl qumbarası atıb, daha sonra isə özünü partladıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə