Ərdoğan Yunanıstana səfər edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfərə gedib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğanı TSQ Baş qərargah rəisi general Hulusi Akar, Baş nazir müavini Hakan Çavuşoğlu, Avropa Birliyi naziri Ömər Çelik, Ədliyyə naziri Abdulhəmit Gül, Daxili İşlər naziri Süleyman Soylu, İqtisadiyyat naziri Nihat Zeybekci və Enerji və təbii sərvətlər naziri Berat Albayrak müşayiət edib.

Səfər çərçivəsində Ərdoğan Yunanıstanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Görüşlər zamanı iki ölkə arasında əsasən iqtisadi və siyasi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Ərdoğan 65 il sonra Yunanıstana səfər etmiş ilk Türkiyə prezidenti olacaq.

Müəllif: Ceyhun Rasimoğlu
loading...