Xocalı xalqıma vurulan zərbə,
Xocalı xalqımın ah naləsidir.
Xocalı günahsız şəhidlərimin,
Qəlbimdə döyünən ayaq səsidir.
--------
26 fevral, o şaxtalı gün,
Gör neçə sakinin düşdü didərgin.
Dağ, daş da baxırdı sakitcə o gün,
Həmin gün qoyuldu əsası zülmün.
----------
Qıyıldı yüzlərlə insan qanına,
Qəsd etdi, baxmadı cavan canına.
Qocanı, cavanı, hətta körpəni,
Qətl etdi, köksünə dikdi gülləni.
-----------
Qarlı meşələrdə kəsildi yollar,
Süngüyə taxılıb, kəsildi qollar.
Xalqıma vuruldu ağır bir zərbə,
Ucaldı göylərə gör neçə nalə.
-----------
Ucalsın göylərə qoy haqqın səsi,
Hürkütsün düşməni xalqın nərəsi.
Gün gələr qayıdar Xocalı yurdu,
Gül açar o zaman dağı dərəsi..


Tural Coşqun

Bütün xəbərlər Facebook səhifəmizdə