Diqqət: Bu sirkə qurdların və yüksək təzyiqin düşmənidir!

Alma sirkəsi insan orqanizmində bir çox problemin həlli üçün əla vasitədir. Mütəxəssislər isə alma sirkəsinin bilinməyən faydalarını açıqlayıblar. Medicina.az min bir dərdə dəva olan sirkənin sözügedən faydalarını təqdim edir:

- Bağırsaqlara antiseptik təsir edir, disbakterioz zamanı faydalıdır.

- Qanı duruldur, damarlarda trombların əmələ gəlməsi riskini azaldır.

- Damarların sağlamlığını qoruyur, varikoz zamanı kömək edir.

- Ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyiqi normaya salır. Xüsusilə də yüksək təzyiqin qənimidir.

- Bağırsaqlarda qurdları öldürür.

- Arıqlamağa kömək edir.

- Sinir sisteminə müsbət təsir edir.

- Piylərin parçalanmasını sürətləndirərək arıqlamağa kömək edir.

1 stəkan suya 1 x.q. təbii alma sirkəsini əlavə edin və gündə 1 dəfə yeməkdən 30-40 dəqiqə sonra için.

Nəzərinizə çatdıraq ki, alma sirkəsini çoxlu miqdarda qəbul etmək olmaz. Çünki bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı alma sirkəsinin qəbulu ziyanlı ola bilər. Bu səbəbdən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.

Bütün xəbərlər Facebook səhifəmizdə