Xəstəxanada baş verən yanğın nəticəsində xəsarət alan olmayıb RƏSMİ

Biləsuvar Rayon Mərkəzi xəstəxanasının birinci mərtəbəsində rentgen otağında olan kondisionerdə tüstülənmə baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tüstülənməni yanğına keçməmiş qarşısını alıblar. Xəsarət alan yoxdur və heç bir avadanlığa ziyan dəyməyib. Tüstülənmə baş verən ərazi də artıq təmizlənərək istifadəyə verilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...