Qobustanda hamilə qadınlar müayinə edilib

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun əməkdaşları Qobustan rayonunda yaşayan, risk qrupuna daxil olan hamilələrin müayinəsini keçiriblər.

İnstitutun mətbuat xidmətindən SİA-ya bildiriblər ki, müayinə məqsədilə qurumun əməkdaşları Qobustana ezam olunublar. Təhlə Kənd Xəstəxanasında aparılan müayinələrdə adıgedən rayondan onlarla hamilə qadın iştirak edib. Aksiya zamanı gələcək analara mövcud ciddi problemləri həkimdən gizlətməmək məsləhət görülüb. Belə ki, doğuş və ya əməliyyat zamanı ani aşkar olunan hansısa problem müxtəlif fəsadlarla nəticələnə bilər.

Risk qrupuna daxil olanlar 18 yaşdan kiçik, ilk hamiləlikləri 40 yaşdan sonra baş tutan, bədən çəkisi artıq olan və s. qadınlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə