Balakəndə xurma, Göyçayda ekskavator yanıb

Balakəndə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Qazma kəndində ümumi sahəsi 180 m² olan yardımçı tikilinin yanar konstruksiyaları 60 m² sahədə, içərisində 1 ton qarğıdalı və taxta yeşiklərə yığılan 1 ton xurma yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən digər məlumata görə, rayonun Çayarxı kəndində "Cat" markalı ekskavatorun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki hadisədə yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə