Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb. SİA xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları və taxta qapı 10 m² sahədə qismən yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə