Qubada ölümlə nəticələnən yol qəzası olub

Quba rayonunda ölümlə nəticələnən yol qəzası olub. SİA-nın verdiyi məlumata görə, 1992-ci il təvəllüdlü İkinci Nügədi kənd sakini Hüseynov Şahbaba Şirinağa oğlu səhər saatlarında idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə yol kənarında duran qaldırıcı krana çırpılıb.

Hadisə nəticəsində avtomobildə tək olan sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə