Sumqayıtda yol qəzası baş verib

Sumqayıtda yol qəzası baş verib. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində “OKA” və "Hyundai" markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 1991-ci il təvəllüdlü Həsənov Eldar Cəmşid oğlunun meyitini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə