Abşeronda yanmış kişi meyiti aşkarlanıb

Abşeron rayonunda mənzildə yanmış kişi meyiti aşkarlanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Məmmədli kəndində ümumi sahəsi 25 kv. metr olan köməkçi tikilinin yanar konstruksiyaları yanb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1954-cü il təvəllüdlü Əlövsətov Əlövsət Məmməd oğlunun cəsədi aşkar olunub.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb:

Bütün xəbərlər Facebook səhifəmizdə