Kürdəmirdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Şahsevən kəndində ümumi sahəsi 210 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının, mətbəxinin və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə