İtkin düşən Quba sakini tapılıb

Quba rayonunda itkin düşən şəxs tapılaraq ailəsinə təhvil verilib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, Qubada itkin düşən şəxs tapılıb. Rayonun Möhüc kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən 37 yaşlı Qəni Almasov 18.11.2017-ci il tarixində Quba rayon MRX-nın Poliklinika şöbəsinə gəlib lakin sonradan evə qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs səhər saatlarında şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə