Mingəçevirdə mağazada soyuducu yanıb

Gecə saatlarında Mingəçevirdə yanğın faktı qeydə alınıb. SİA-ya FHN-dən verilən məlumata görə, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 600 m2 olan mağazada 1 ədəd soyuducu yanıb. Mağaza yanğından mühafizə olunub.

Yanğın saat 04:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə