Seçimimiz dəyişməzdir - "İlhamla irəli"

Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Balakən rayon şöbəsinin təbliğat qrupu rayonun Qaysa kəndində seçicilərlə görüş keçirib. Görüş istirakçılarını salamlayan təbliğat qrupu Qaysa kənd seçicilərini 11 aprel prezident seçkilərində fəal olmağa və seçki məntəqələrinə gələrək YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevə səs verməyə çağırdılar. Göruşdə təqaüdçü müəllimi Qaysa kənd qadınlarının ağbirçəyi Meysarat Amalova çıxış edərək Prezident İlham Əliyevin fəaliyətindən, onun Azərbaycanın gələcəyi naminə həyata keçirdiyi tədbirlərdən seçicilərə məlumat verdi. Qabaqcıl müəllimə Mahirə Oynağanova Prezidentin həyata keçirdiyi təhsil siyasətindən, gələcəyimiz olan uşaqlara diqqət və qayğısından, geniş söhbət açdı. Kənd ziyalısı Rafail Oynağanov çıxış edərək, 11 aprel tarixində seçki məntəqəsinə gedərək ailə üzvüləri ilə Cənab İlham Əliyevə səs verəcəklərini bildirdi.

Günün ikinci yarısında Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Balakən rayon şöbəsinin təbliğat qrupu Meşəsambul kəndində seçicilərlə görüş keçirdi. Meşəsambul kənd ziyalısı Hacı Osbanov, rayon seçki gərargahının təbliğatçılar qrupunun üzvü Nail Kalayev seçicilər qarşısında çıxış edərək "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" kəlməsini seçicilərə izah edərək 11 apreldə seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırdılar. Rayon seçki gərargahının üzvü Ömər Osmanov çıxışında Prezident İlham Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü işlərdən, həyata keçirdiyi qlobal layihələrdən söz açaraq, seçiciləri fəal olmağa və Cənab İlham Əliyev səs verməyə çağırdı.

Qobustan

Qobustanda prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. Dünən, 23 mart tarixində Qobustan rayonunun Dərəkənd kəndlində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsinin tərtib olunmuş qrafikə uyğun olaraq seçicilərlə görüş keçirilib.

Tədbiri açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsinin və YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev bu gün ölkənin bütün bölgələrində cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərin uğurla davam etdiyini bildirib. Respublikamızın hər yerində olduğu kimi Qobustan rayonunda da seçkilərin şəffaf keçirilməsi üçün lazimi şərait yaradıldığını vurğulayan Füzuli Gülaliyev çıxışında son illərdə ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurların saysız –hesabsız olduğunu qeyd edib və bildirib ki, görülən işlər cənab İlham Əliyevin 11 aprel 2018- ci il prezident seçkilərində qələbəsinə tam zəmin yaradır. Xalq stabiliyə, inkişafa, xoşbəxt gələcəyə səs verəcək. Cənab İlham Əliyevə səs vermək növbəti illərdə daha əhəmiyyətli layihələrin gerçəkləşməsi, ölkənin daha da qüdrətlənməsi, zənginləşməsi deməkdir. Bu gün Azərbaycanda xalq iqtidar birliyi möhkəmdir, sarsılmazdır. Bu birliyi şərtləndirən əsas amillər iqtisadi tərəqqi, güclü sosial siyasətdir. Xalq hər bir zaman özünə diqqət və qayğını görür, gələcəyə böyük inam bəsləyir. Bu inkişafı daha da sürətləndirmək üçün seçkilərdə fəal iştirak etməli, cənab İlham Əliyevi dəstəkləyərək, onun ətrafında sıx birləşməliyik.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsinin üzvü Atabəy Cahangirov bildirib ki, cənab İlham Əliyevin gördüyü işlər onun prezident seçkilərində qələbəsini şəksiz edir. Xalq reallığa qiymət verir. Gerçəklik budur ki, elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. Bu da həyata keçirilən siyasətin əsasında dövlətə, xalqa xidmətin olmasından irəli gəlir. A.Cahangirov seçkilərin demokratik, dünya standartlarına uyğun keçirilməsi üçün Azərbaycan dövlətinin atdığı addımlardan danışaraq, prezident seçkilərinin demokratiya yolunda növbəti addım olacağını bildirib. 11 aprel 2018- ci il prezident seçkilərini səbirsizliklə gözləyən ölkə əhalisi cənab İlham Əliyevi dəstəkləməklə Azərbaycanın daha böyük zirvələri fəth etməsinə zəmin yaradacaq.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsinin üzvü Zümrüd Şərifova cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə kənd təsərrüfatının inkişafında etdiyi tarixi inqilab haqqında geniş məlumat verərək qeyd edib ki, cənab İlham Əliyevin sərəncamı ilə verilən qərarların həyata keçirilməsi hər gün Azərbaycanın tərəqqisi deməkdir. Əsasən əkinçiliklə məşğul olan Dərəkənd kənd camaatı ölkə prezidenti cənab İlham Əliyevin kənd zəhmətkeşlərinə olan diqqət və qayğısını hər an hiss edirlər, Cənab Prezident tərəfindən əkinçiliyin inkişafı üçün verilən subsidiyalara görə kənd zəhmətkeşləri daim minnətdardırlar və seçicilər yekdilliklə İlham Əliyevi dəstəkləyir və ona səs verəcəklər.

Qobustan rayon Dərəkənd kənd seçicilərindən Elnur Cahangirov, Samir Rəhmanov və başqaları çıxış edərək ölkədə aparılan köklü islahatlardan bəhs etdilər və bu istiqamətdə cənab İlham Əliyevin uğurlu siyasət həyata keçirdiyini vurğuladılar. Seçicilər 11 aprel 2018-ci ildə seçki məntəqələrinə gələrək sabitliyə, uğurlu gələcəyə, alternativsiz namizəd cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.

Şamaxı

Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatı təbliğat qrupunun üzvləri qrafikə uyğun olaraq dünən, 23 mart tarixində II Çaylı, Həmyəli, II Cabanı və Qonaqkənd kəndlərində seçicilərilə görüş keçirib. Tədbiri giriş sözü ilə açan Qərargah üzvü Eyvaz Eminaliyev partiyanın, eləcədə Cənab Prezident İlham Əliyevin uğurlu fəaliyyətindən, nailiyyətlərindən danışıb. Seçicilərin bu nailiyyətlərin fonunda yalnız Cənab İlham Əliyevə səs verəcəyini əminliklə nəzərə çatdırıb.

Sonra Qərargah üzvləri Ağarza Bayramov, Tünzalə Yusifova, Nəzakət Abdulrazaqova, Fatma Quliyeva, Səməd Fətəliyev, Namik Rzazadə, Şahmar Hüseynov, Hacıbaba Şıxıyev və Güllü Babaşova seçicilərin suallarına cavab verib və cıxış edərək Azərbaycan xalqının tərəqqisi, ölkəmizin daha da çiçəklənməsi, inkişafı, daha böyük nailiyyətlərin əldə edilməsi üçün Cənab İlham Əliyevə səs verilməsinin vacibliyini vurğulayıb. Görüşdə iştirak edənlər stabillik və inkişaf naminə Cənab İlham Əliyevə səs verəcəklərini və onun alternativsiz namizəd olduğunu bildirdilər.

Keçirilən görüşlər ümumilikdə 32, 33, 34, 35 saylı məntəqələrdə qeydiyyatda olan 500 yüzdən yuxarı seçicini əhatə edir. Cənab Prezidenti dəstəkləyən görüşlər, hər zaman olduğu kimi bu dəfə də yüksək əhval ruhiyyə ilə keşirilib.

İnam HACIYEV

Bütün xəbərlər Facebook səhifəmizdə