Məktəb-Lisey Kompleksində nə baş verir?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Məktəb-Lisey Kompleksində (MLK) olub, təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb. İdarədən SİA-ya verilən məlumata görə, M.Vəliyeva MLK-da təlim-tərbiyə prosesinin təşkili vəziyyəti ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Məlumatda o da bildirilir ki, təhsil müəssisəsində tədris normal şəkildə davam edir, şagirdlərin dərsə davamiyyəti qaydasındadır.

Xatırladaq ki, Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri bir neçə gündür, aksiya keçirir. Valideynlər kompleksin direktoru Qafar Hüseynovun işdən çıxarılmasına etiraz edir, onun yenidən vəzifəyə qaytarılmasını istəyirlər. Onlar əks halda övladlarını məktəbə buraxmayacaqlarını bildiriblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə