Mikayıl Cabbarov türkiyəli həmkarı ilə görüşüb

İyulun 26-da Türkiyə Respublikasının İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təhsil İnstitutunun Himayəçilər Şurasının ikinci iclası keçirilib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, iclasda Türkiyənin milli təhsil naziri İsmət Yılmaz, İƏT-in Baş katibi Xəlil İbrahim Akça, həmçinin Pakistan, Əfqanıstan və İranın Təhsil Nazirliklərinin yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

İclasda Təhsil İnstitutunun fəaliyyətinin gücləndirilməsi, 2017-2019-cu illər üçün İş planı müzakirə edilib, eyni zamanda nümayəndə heyətlərinin rəhbərləri öz ölkələri üçün təhsil sahəsində prioritetlər barədə məlumat veriblər.

Səfər çərçivəsində Mikayıl Cabbarov və Türkiyənin milli təhsil naziri İsmət Yılmaz ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə