"Keçən il yol infrastrukturuna 1,7 milyard manat vəsait yönəldilib" HESABAT

“Keçən il yol infrastrukturuna 1,7 milyard manat vəsait yönəldilib”. SİA-nın xəbərinə görə, bunu bu gün baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.

N.Məmmədov deyib ki, keçən il əsaslı təmir edilən, yeni çəkilən yollar 2000 kilometr olub: “Ləki-Qəbələ dəmir yolunun artıq 14 kilometri çəkilib. Keçən il iki təyyarə alınıb”.

Baş nazir söyləyib ki, 2018-ci ildə peşə təhsil müəssiələrinin bazasında 24 təhsil mərkəzi yaradılaraq, səmərəli fəaliyyəti təşkil olunub: “Dövlət başçısının tapşırığı ilə bölgələrdə 8720 yerlik modul tipli məktəblər istifadə verilib. Səhiyyənin inkişafında da əsas diqqət müayinə və müalicə üsullarının geniş tətbiqinə yönəldilib. İl rəzində Quba və Naftalanda rayon xəstəxanaları istifadə verilib, 47 tibb müəssiəsində təmir bərpa işləri aparılıb”.

2018-ci il gənclərimiz və idmançılarımız üçün də uğurlu il olduğunu dilə gətirən N.Məmmədov vurğulayıb ki, ötən il sanballı qələbələrlə yadda qalıb: “Ötən il Azərbaycanda 58 beynəlxlq yarış keçirilib, idmançılarımız 236 beynəlxalq yarışda iştirak edib. İdmançılarımız dünyada keçirilən beynəlxalq turnirlərdə 753 medal qazanıblar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...