2019-cu ildə dünya iqtisadiyyatının riskləri AÇIQLANDI

2019-cu ildə ölkələr arasında ticarət ziddiyyətləri "ən şiddətli" səviyyəyə çatacaq. SİA-nın xəbərinə görə, bu, “Bloomberg” agentliyinin gələn il üçün proqnozlarında yer alıb.

Proqnozlarda bildirilir ki, ABŞ prezidenti Donald Trampın gözlənilməz hərəkətləri nəticəsində ölkələr arasında bir çox ssenarilər - yəni ABŞ-la Çİn arasında gərginliyin tam şəkildə azalması və ya iki böyük iqtisadiyyatı arasında tam miqyaslı bir iqtisadi müharibə yaşana bilər.

Agentliyin mütəxəssislərinin fikrincə, üç mövzunu izləmək lazımdır. Bura ABŞ və Çinin qarşılıqlı ticarət müzakirəsini edə bilməsi, Vaşinqtonun Avropadan gələn avtomobil və ehtiyat hissələrinə yeni verginin tətbiq etməsi, Koreya, Yaponiya və ABŞ Konqresinin Meksika və Kanada arasında yeni ticarət sazişini təsdiqləməsi daxildir. Bu istiqamətlərdə baş verə biləcək hər hansı problem dünya iqtisadiyyatının vəziyyətinə təsir edə bilər.

Proqnozlara əsasən, növbəti ildə İranla ABŞ arasında münasibətlər, OPEK-in istehsal səviyyəsi və Vaşinqton və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrə neftin qiymətinə təsir edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...