"Xəzəryani dövlətlər arasında əməkdaşlığa dair bütün məsələlər razılaşdırılıb"

Xəzəryani dövlətlər arasında əməkdaşlığa dair bütün məsələlər razılaşdırılıb, sabah tarixi qərar qəbul ediləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu bu gün Qazaxıstanın prezidenti Nursultan Nazarbayev bəyan edib.

"Son 20 il ərzində biz Xəzər dənizindəki ümumi işimizlə bağlı bütün məsələləri həll etmək üçün mövqelərimizi koordinasiya etdik, bu müddət ərzində aprılan müzakirələr asan başa gəlmədi.. Bura Xəzər dənizindəki resurslar, bioloji ehtiyatlarının mühafizəsi, dövlətlərin ticarət və əməkdaşlığı daxildir. Hesab edirəm ki, bütün suallar razılaşdırılıb və biz sabah tarixi qərarın qəbulunu gözləyirik. Bu qərar bizim hər birimiz üçün çox önəmlidir", - deyə Nazarbayev deyib.

Qeyd edək ki, 5 Xəzəryani ölkənin (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) dövlət başçısı 12 avqust tarixində Aktau şəhərində görüşəcəklər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...