Xaçmazda “Milli folklorumuzu və dəyərlərimizi öyrənək” FOTOLAR

Xaçmaz Regional Mədəniyyət İdarəsi və Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılğı ilə Xaçmaz rayonunda yaşayan xalqların və etnik qrupların zəngin musiqi mədəniyyəti ilə tanışlıq və nümunələrinin toplanması məqsədilə “Milli folklorumuzu və dəyərlərimizi öyrənək” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə H.Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin “Buta” folklor kollektivinin, Niyazabad Folklor evi, Yeni Həyat qəsəbə folklor klubu, Hacıəlibəy kənd folklor klubunun yerli adət ənənələri və musiqi nümunələrini özündə təcəssüm etdirən çıxışları Ü.Hacıbəyov adına Musiqi Akademiyasının müəllim heyəti tərəfindən izlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə