Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində növbəti muğam axşamı təşkil olunub. SİA-nın məlumatına görə, gənc xanəndə Arzu Əliyevanın ifasında “Bayatı-Şiraz” muğamı səsləndirilib.

Gənc ifaçını Rövşən Qurbanovun bədii rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edib.

Qeyd edək ki, yeddi əsas muğam dəstgahından biri olan “Bayatı –Şiraz”ı Üzeyir Hacıbəyli emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə edib.

"Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı martın 14-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə