“Yazın sonuna kimi Krımı azad edəcəyik...”

Zalujnıy: “Bizim bu müharibəni uşaqlarımızın üzərinə atmağa haqqımız yoxdur”

...Bu arada Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Valeri Zalujnı, “...bizim bu müharibəni uşaqlarımızın üzərinə atmağa haqqımız yoxdur”-deyə o bildirib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

Ukraynalı generalın dediyinə görə, “...bizim torpaqlarımızda dünyanın İkinci Dünya Müharibəsindən bəri görünmədiyi miqyasda mübarizə davam edir. Bu müharibəni övladlarımızın üstünə atmağa haqqımız yoxdur. Düşmən burada və indi məhv edilməlidir. Biz bunu edə bilərik”.

...Yeri gəlmişkən, Ukraynanın müstəqil xəbər agentliyi olan “UNİAN” sentyabrın 30-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov müharibənin qışda səngiyəcəyini, Ukraynanın isə yazda öz ərazilərini azad edəcəyi barədə fikir bildirib.

O, qeyd edib ki, “qışda müharibə əsasən səngiyəcək. Və qışdan sonra bu münaqişənin sonu başlayacaq. Belə ki, birinci mərhələ 1991-ci ildən inzibati sərhədlərə çatacaq”.

Maraqlıdır ki, Budanov Ukrayna Silahlı Qüvvələrinin yazın sonuna kimi Krımı azad edəcəyini də istisna etməyib.

“...Bəlkə də bir az əvvəl - günlərdə səhv də edə bilərik, lakin bu alqoritmdə deyil”, -deyə o bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə