İsraildə naməlum şəxs avtobusa atəş açıb

İsraildə İordan çayının qərb sahilində naməlum şəxs avtobusa və avtomobilə atəş açıb. SİA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Ordusu özünün tviter səhifəsində məlumat yayıb.

"Bu səhər Nablus şəhəri yaxınlığında bir avtomobilə və avtobusa atəşlə hücum edilib", - məlumatda deyilib.

Avtomobilin sürücüsü xəsarət alıb və ona tibbi yardım göstərilib.

Hadisə yerinə gələn hərbçilər şübhəliləri axtarır.

Bütün xəbərlər Facebook səhifəmizdə