...Bu arada Rusiyaya gedən quru yük gəmisinin sıradan çıxması səbəbindən Bosfor boğazında gəmilərin hərəkəti müvəqqəti bağlanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti Türkiyə Sahil Mühafizəsinin mətbuat xidmətinə istinadən yazır.

Qeyd olunur ki, 190 metrlik quru yük gəmisi “Viva Eclipse”in sükan çarxı bloklanıb. Verilən xəbərə görə, bu, Tuzladan Rusiyaya səfər zamanı Üsküdarın (İstanbul bölgəsi) qarşısında baş verib.

Hazırda hadisə yerinə “Kurtarma-8”, “9” və “10” yedəklərinin, həmçinin “Keqm-3” qayığının göndərildiyi bildirilir.

Xatırladaq ki, əvvəllər belə hadisələrin mütəmadi olaraq baş verdiyi bildirilirdi. Deyilənlərə görə, xilasetmə və yenidən naviqasiya əməliyyatları adətən bir neçə saat çəkir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə