Avropa İttifaqı diplomatiyasının rəhbəri Xosep Borrell BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə nazirlərin iclasında çıxış edib. Borrell çıxışında təmsil etdiyi təşkilatın Rusiyaya qarşı növbəti sanksiyalar paketi hazırladığını və bu paketə Rusiya Federasiyası ilə əməkdaşlığın texnoloji hissəsinə məhdudiyyətlər daxiledildiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS verir.
Bundan əlavə, bir sıra şəxslərin də sanksiyalara məruz qalacağını bildirən Borrell, nədənsə onların adlarını açıqlamağa lüzum görməyib.
Xatırladaq ki, daha əvvəl “Reuters” xəbər vermişdi ki, Avropa İttifaqı oktyabrın 6-7-də Praqada keçiriləcək Avropa İttifaqı liderlərinin görüşündə Rusiya Federasiyasına qarşı yeni sanksiya tədbirlərinin nəzərdən keçirilməsi imkanlarını nəzərdən keçirir.
Qeyd olunub ki, yeni tədbirlər kimi Rusiya neftinə qiymət limitinin tətbiqi, Rusiyaya yüksək texnologiyalı malların ixracına məhdudiyyətlərin sərtləşdirilməsi və fiziki şəxslərə qarşı sanksiyaların gücləndirilməsi təklif edilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə