Fransada qasırğa nəticəsində 6 nəfər ölüb

Fransanın Korsika adasında qasırğa 6 nəfərin ölümünə, 20 nəfərin yaralanmasına səbəb olub.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Fransanın daxili işlər naziri Jerald Darmanın sözlərinə görə, fırtına zamanı dənizdə olanların xilas edilməsi barədə hələ tam məlumat yoxdur.

Ölü sayının artacağı istisna edilmir.

Qasırğa adada cümə axşamı səhər başlayıb.

Bəzi yerlərdə küləyin sürəti 224 km/saat olub.

Günorta saatlarına qədər dənizdə 115 xilasetmə əməliyyatı aparılıb.

Hazırda adadakı bütün düşərgələr boşaldılıb.

Fransa prezidenti Emmanuel Makron, Korsikada baş verən fəlakətdə dəyən ziyanın qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində hökumətin böhran iclasını keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...