Putin erməniləri tərəfdaş saymır..?

Əslində,..elə də dərd edləməyə dəyməz. İndi bir sözdü də deməyib. Bəlkə də yadından çıxıb. Özünüz də ki, bilirsiniz ki, Rusiya Ermənistanın “ətini də yesə, sümüyünü”... yeməyəcək. Yox, erməni ürəyinizə başqa bir şey gəlməsin. Sadəcə, gələcəkdə, nə vaxtsa lazım olar deyə, saxlayacaq.

Deyim ki, mən bunu özümdən demirəm. Siz sadəcə olaraq, sovet dövrünün görkəmli erməni şairəsi Silva Kaputikyanın əsərlərini vərəqləsəniz bunun bariz nümunəsini aydın görərsiniz.

Nə isə,.. uztmayaq. Özünüz də deyirsiniz ki, biz, erməni xalqı olaraq, həmişə rusların arxasında olmuşuq. Qorunmaq üçün yox,..əksinə onları qorumaq üçün. Təbii ki, “böyük erməni xalqı olaraq” bununla bağlı xeyli nümunə də göstərə biləcəyinizi deyirsiniz. Amma...özünüz kimi “məğrur” bir xalq üçün xırda təfərrüratlara varmaq “eyib olar” deyirsiniz.

...Gileylənirsiniz, əslində adamı ağrıdan bu deyil-deyə ermənisayaq kövrəlirsiniz də...

Amma, yenə də nə isə, davamını daha özün danış.

Deməli, o gün Rusiya prezidenti Vladimir Putin Ordu-2022 forumunda çıxış etdi. Rusların böyüklüyündən, silah-sursatlarının dünyada alternativinin olmamasından, daha nələrdən basıb kəsdi. Deyim ki, biz də "sizə sadiq", sizin etibarlı bir tərəfdaşınız kimi buna şübhə etmirik.

Amma “böyük erməni xalqı olaraq” o vaxt 44 günlük müharibədə bizə verdiyiniz həmən o “alternativi olmayan silahların” deyim ki, hamısı qəlp, yəni yararsız çıxdığını indiyə qədər üzünüzə belə vurmamışıq.

...Yəni bir “müttəfiq kimi” bunu da qəbul etmişik, amma o gün prezident Putinin, həmən o Ordu-2022 forumundakı çıxışı zamanı Rusiyanın əsas tərəfdaşları kimi Afrika, Asiya və Latın Amerikası ölkələrinin adını çəkib Ermənistanın adını çəkməməsi, dediyimiz kimi “məğrur bir xalq olaraq biz ermənilərə” yaman təsir eləyib.

Yəqin Putin unudur ki, Rusiyanın maliyyə imkanları azaldıqca, onun “müttəfiqlərinin” də sayı azalacaq. Yəni hamısı aradan çıxacaq.

...Və Putin dönüb arxaya baxanda, arxasında həmişə olduğu kimi, yenə biz erməniləri görəcək. Deyim ki, bu bizim “tarixi kökü olan sədaqətimizdən” irəli gəlir. Ona görə Putin elə düşünməsin ki, bu gün bizə Qərbdə,..lap elə Amerikada “qucaq açan” ölkələr yoxdur, təbii ki, var, amma...

Amma,.. icazə verin bunu mən deyim,.. həmən ölkələr də artıq “erməni sözü ilə terror sözünün eynilik təşkil etdiyi” barədə məlumatlıdırlar deyə, bu millət nümayəndələrini yaxın buraxmırlar. Yəqin onlar da həmişə himayə altında yaşayan bu millətin fürsət tapan kimi öz xislətlərini ortaya qoyacaqlarından ehtiyatlanırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə