Putin Ukraynada uğur qazansa, dayanmayacaq...

Qazaxıstan və Gürcüstan Putinin növbəti qurbanları olacaqlarından qorxurlar – “Die Welt”

Deyilənlərə görə, Putin dəfələrlə Sovet İttifaqının dağılmasını təkcə “faciə” deyil, həm də “tarixi Rusiyanın süqutu” olduğunu bildirib. Yəni guya "min ildə yaradılmışı” itirib...

Ekspertlər qeyd edirlər ki, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı müdaxiləsi Kreml rəhbərinin keçmişə qayıtmaq istəyini açıq şəkildə nümayiş etdirməsinə sübutdur.

Bu günlərdə nüfuzlu gündəlik alman nəşri olan “Die Welt” Rusiya siyasi elitasının artıq təcavüzün miqyasının genişlənməsinə eyham vurduğunu bildirib. Nəyə? Putinin SSRİ-ni “bərpa” etmək planına.

Beləliklə, nəşrin ehtimalına görə, "utopik istəklər ölkəsinin" prezidenti Vladimir Putinin növbəti aqressiv planlarına Qazaxıstan və Gürcüstan da daxil ola bilər.

Məsələn, tarixçi Karl Şleqel qeyd edir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev kimi rusiyalı məmurların bir gün əvvəl keçmiş Sovet Qazaxıstanının “süni dövlət” olduğunu və orada nizam-intizamı yalnız Rusiyanın bərpa edə biləcəyini dediklərini ciddi qəbul etmək lazımdır. (---ruslar da sonradan yazırlar ki, belə bir şey yoxdur,..sadəcə olaraq, həmən vaxt guya Medvedev "dəm" imiş-A.B.)

“...Bir vaxtlar böyük və qüdrətli SSRİ-də yaşamış bütün xalqlar bir daha dostluq şəraitində yaşayacaqlar” yazan Medvedev, Rusiya tərəfindən işğal olunmuş Cənubi Osetiya və Abxaziya əraziləri olan Gürcüstan Rusiya Federasiyasına yalnız bir dövlət kimi birləşə biləcəyini də əlavə edib.

Nəşrin yazdığına görə, Rusiya dövlət televiziyası da getdikcə daha sərt tonlarla dövlət sisteminin yenidən qurulmasına çağırır. Maraqlıdır ki, qəzet nümunə kimi “baş təbliğatçı” Vladimir Solovyovu, onun bu yaxınlarda Putinin “hələ başlamamışıq” mesajının təkcə Ukraynaya yönəlmədiyini göstərir.

Rusiyalı teleaparıcı və təbliğatçı Olqa Skabeeva telekanalların birində “Varşavaya çata biləcəkləri” barədə xəbərdarlıq edib, hərbi ekspert Aleksandr Artamonov isə "prime time" zamanı hədələyib ki, biz köhnə dünyanın mövcudluğuna son qoyacağıq və yeni dövrə qədəm qoyacağıq. Onun rəhbəri isə guya Rusiya olacaq...

...Bütün bunları təbii ki, təxribat adlandırmaq olar. Lakin ekspertlər qeyd edirlər ki, hadisələrin belə ssenarisi ciddi qəbul edilməlidir. Yəni Rusiya Federasiyasının Ukraynadakı müharibəsi ona uğur gətirərəsə, o, artıq keçmiş Sovet İttifaqının digər ölkəsini “azad etməyə” gedəcək.

...Yeri gəlmişkən, Ukraynaya qarşı əsassız və məqsədsiz müharibə başlayandan sonra Rusiyanın qonşuları bundan vəba kimi qorxurlar. Axı məlum oldu ki, Putin heç bir səbəb olmadan belə dinc qonşuya qarşı müharibə başlada bilər.

Təbii ki, bunları nəzərə alan Qazaxıstan Rusiya ilə müharibədən ehtiyat edərək bu gün müdafiə qabiliyyətini gücləndirir. Bundan əlavə, Nur-Sultan Rusiyanın xarici siyasətindəki mövqeyini yenidən nəzərdən keçirir və ABŞ, Türkiyə və Çin kimi ölkələrlə əlaqələr qurur.

Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun sözlərinə görə, Rusiya öz aqressiv ambisiyaları ilə Ukraynada dayanmayacaq. Onun dediyinə görə, digər ölkələr də artıq Putinin qarşıdan gələn hücumuna hazırlaşmalıdırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...