İraqda silah-sursat anbarında partlayış olub

İraqın Nəcəf şəhərində silah və sursat anbarında partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 7 nəfər ölüb, 3 nəfər yaralanıb.

İraqın cənubunda yerləşən Nəcəf şəhərində şiə lideri Müqtəda Sədrin rəhbərlik etdiyi Sədr Qrupunun silahlı qanadı olan Saraya əl-Salamın silah və sursat anbarında partlayış baş verib.

Silah və sursat anbarının şəhərdəki Olimpiya Stadionunun yaxınlığında yerləşdiyi bildirilib və səlahiyyətlilər partlayış nəticəsində 7 nəfərin öldüyünü, ən azı 3 nəfərin yaralandığını açıqlayıb.

Bildirilib ki, partlayışa Nəcəf şəhərində həddindən artıq istilər səbəb olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...