"Bolqarıstana lazımi cavab veriləcək"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bolqarıstanın Rusiyanın 70 diplomatını ölkədən çıxarmaq qərarına cavab verəcəklərini açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Lavrov və Venesuela xarici işlər naziri Karlos Faria paytaxt Moskvada görüşdükdən sonra mətbuat konfransı keçirilib.

Bolqarıstanın Rusiyanın Sofiyadakı səfirliyindəki 70 diplomatı “persona non qrata” elan etmə qərarını dəyərləndirən Lavrov sözügedən qərarın “qanunsuz” olduğunu bildirib.

Lavrov "Nazirliyimizin qiymətləndirmələrinə görə, səfirlik normal fəaliyyət göstərə bilmir. Təbii ki, biz bolqar həmkarlarımıza cavab verəcəyik" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...