Meksikada 13 yeraltı mağara aşkarlanıb

Meksikanın paytaxtı Mexikoda bir küçədə yağışdan sonra yaranan çuxurda 7 məhəlləyə çatan 13 yeraltı mağara aşkar edilib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çuxuru yoxlamaq üçün bölgəyə gələn bələdiyyə rəsmiləri apardıqları araşdırma nəticəsində çuxurun nəhəng yeraltı mağaraya çevrildiyini aşkar ediblər.
Migel Hidalqo Bələdiyyəsi yaxınlıqdakı 7 məhəlləyə çatan çuxurda 13 fərqli mağaranın aşkarlandığını, hadisənin bölgə sakinləri arasında böyük panikaya səbəb olduğunu açıqlayıb. Bələdiyyə rəsmiləri bölgədə yaşayan insanların və ətrafdakı yollardan istifadə edən vətəndaşların təhlükəsizliyi üçün mağaraların doldurulacağını, mütəxəssislərin qısa müddətdə bölgəyə gələrək araşdırmalara başlayacağını da açıqlayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə