Abdullahiyan Dohada aparılan nüvә danışıqlarını qiymәtlәndirib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qətərin paytaxtı Dohada nüvə sazişinin canlandırılması üçün aparılan danışıqların “müsbət” irәlilәdiyini bildirib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qətərin paytaxtı Dohada nüvə sazişinin canlandırılması üçün aparılan danışıqların “müsbət” irәlilәdiyini bildirib.

İranın rəsmi İRNA xəbər agentliyinin yaydığı mәlumata görə, Abdullahiyan qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə telefonla danışıb.

SİA xəbər verir ki, tәrәflәr Dohadakı danışıqları qiymәtlәndirib.

Abdullahiyan deyib: " Dohada nüvə sazişinin canlandırılması üçün aparılan danışıqlar “müsbət” irәlilәyir. Biz güclü və davamlı razılaşmanın әldә edilmәsi mәsәlәsindә qәtiyyәtliyik’’.

İranlı nazir razılıq əldə olunana qədər danışıqları davam etdirmək mәsәlәsində qәtiyyәtli olduqlarını vurğulayıb.

Yeni danışıqlar raunduna ev sahibliyi edən Qətərin xarici işlər naziri Əl Sani də danışıqların konstruktiv və müsbət keçdiyini bildirib.

Qәtәrin xarici işlәr naziri Əl Sani deyib: “Danışıqların bu mərhələsinin əhəmiyyətini fәrqindә olan Qətər bütün tərəflər öz öhdəliklərini yerinә yetirәnәdәk danışıqlara ev sahibliyi etmək üçün əlindən gələni edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...