İspaniya Baş naziri Türkiyәyә tәşәkkür edib

İspaniyanın baş naziri Pedro Sançez Madriddə keçirilən NATO zirvə toplantısında Türkiyəyə konstruktiv mövqeyinә görə təşəkkür edib.

SİA-nın əldə etdiyi məlumata görə, Pedro Sançes keçirdiyi mətbuat konfransında deyib: "Zirvə toplantısının ən böyük nəticələrindən biri Finlandiya və İsveçin NATO-ya qoşulmasıdır. Konstruktiv mövqeyinә görə Türkiyəyə təşəkkür edirəm".

Baş nazir Pedro Sançez hәmçinin prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi ikitərəfli görüşdən sonra rəsmi Twitter sәhifәsindә etdiyi paylaşımda bu ifadәlәrә yer verib:

"Türkiyə təhlükəsizlik və vasitəçilik sahəsində önәmli tərəfdaşdır. Mən bu gün prezident Rәcәb Tayyib Ərdoğanla görüşdüm. Rusiyanın Ukraynaya qarşı hücumuna son qoymaq və dialoqu təşviq etmək üçün göstərdiyi diplomatik səylərə və cənub cinahının gücləndirilməsində göstərdiyi dəstəyə görə Rәcәb Tayyib Әrdoğana təşəkkür etdim".

Bütün xəbərlər Facebook səhifəmizdə