ABŞ-da rusla əməkdaşlıq edən meksikalı tutulub

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Rusiya hakimiyyəti ilə əməkdaşlıq etdiyini etiraf edən Meksika vətəndaşı Florida məhkəməsi tərəfindən 4 il həbs cəzasına məhkum edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 36 yaşlı Hektor Alejandro Kabrera Fuentes bu ilin fevralında özünün “Rusiya hökumətinin agenti” kimi fəaliyyəti barədə ABŞ Ədliyyə Departamentini xəbərdar etməməkdə günahını etiraf edib.

Qeyd edək ki, Amerrikada bu cinayətə görə maksimum cəza 10 ildir.

Amma, belə görünür ki, meksikalının etirafları nəzərə alınıb və nəticədə o 4 il 1 gün müddətinə azadlıqdan məhrum edilib. Onu da qeyd edək ki, Fuentesin həbs müddəti bitdikdən sonra o Meksikaya deportasiya ediləcək.

İş materiallarına görə, guya bir rus məmuru Fuentesi 2019-cu ildə işə götürüb və ona əvvəlcə Florida ştatının Mayami-Deyd dairəsində mülk icarəyə götürməyi, sonra isə adı açıqlanmayan amerikalının avtomobilini tapıb, nömrəsinin şəkilini çəkdirməyi tapşırıb.

...Əvvəllər Sinqapurda yaşayan və dəfələrlə Rusiyaya səfər edən Fuentes 2021-ci ildə həbs edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə