Almaniyanın “Adidas” şirkətinin Rusiyaya qayıtmağa hazırlaşdığı deyilir

Amerikanın ayaqqabı və geyim istehsalçısı “Nike” Rusiya bazarını tərk etmək qərarına gəlib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Vedomosti” yazır.

Şirkətin sözçüsü nəşrə bildirib ki, əməliyyat çətinlikləri səbəbindən “Nike” rusiyalı tərəfdaşlarla mövcud olan işgüzar əlaqələri yeniləməmək və ya yeni işgüzar əlaqələrə girməmək qərarına gəlib. Eyni zamanda, şirkət işçilərinə bütün ödənişləri etməyə davam edir.

Bununla yanaşı, şirkətin ölkənin ən böyük tək brendli Amerika pərakəndə mağazalar şəbəkəsinə sahib olan “Inventive Retail Group” ilə françayzinq müqaviləsini yeniləmədiyi də məlum olub.

Rusiyalı ekspert Marina Malaxatkonun ehtimalına görə, bütövlükdə “Inventive Retail Group” ilə müqavilənin uzadılmaması “Nike”nın Rusiya bazarından çıxması anlamına gələ bilər.

Öz işçilərinə məktub göndərən “Inventive Retail Group”un prezidenti Tixon Smykov “Nike”nin yaxın gələcəkdə Rusiyaya mal tədarükünü təşkil edə bilməyəcəyini və ehtiyatlar tükəndiyi üçün “Inventive Retail Group”un bu marka altında mağazaları bağlamaq məcburiyyətində qalacağını bildirib.

Qeyd edək ki, “Nike”nın Rusiya firmaları ilə françayzinq müqavilələri də mayın 26-da başa çatır.

Bu arada Rusiyanın “İzvestiya” nəşri Almaniyanın çoxmillətli idman geyimləri, ayaqqabıları və aksesuarları istehsalı olan “Adidas” şirkətinin Rusiyaya qayıtmağa hazırlaşdığını öyrənib.

Verilənə görə, logistik problemləri həll edən şirkət Rusiyaya çatdırılmalarını həyata keçiriləcəyi Türkiyədə anbarlar ayırıb. Amma problem bundadır ki, şirkət hələ ki, işini necə bərpa edə biləcəyini seçməlidir: yəni ya mağazaların adını dəyişdirməli və ya da yerli və ya xarici sahibkarlar tərəfindən alınmasına icazə verməlidir.

Yeri gəlmişkən, mayın 16-da Türkiyənin “FLO Retailing” holdinqinin “Reebok” idman malları və geyim şəbəkəsinin Rusiya bölməsini alması xəbəri yayılıb. FLO-ya yaxın mənbə sövdələşmənin artıq bağlandığını da təsdiqləyib. Beləliklə, türk şirkəti 100-dən çox “Reebok” satış nöqtəsi əldə edib. Qeyd edək ki, 100-dən çox brend mağazanın məbləği təxminən 1,5 milyard rubl qiymətləndirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə