Mövlud Çavuşoğlu Antonio Quterreşlә görüşüb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreşlә görüşüb.

SİA-nın əldə etdiyi məlumata görə, görüş BMT-nin Nyu Yorkdakı qәrargahında baş tutub. BMT-dәn verilәn mәlumata әsasәn, Antonio Quterreş görüşdә Türkiyəyə çoxtərəfliliyə verdiyi dəstəyə və BMT-yə verdiyi töhfəyə görə təşəkkür edib.

Baş katib və xarici işlər naziri, həmçinin Ukraynadakı müharibə və digər regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə Suriya, Liviya, Əfqanıstan və Kiprdə baş verən hadisələr müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...