Universitet yaxınlığında atışma

“CBS Philly”nin polisə istinadən verdiyi məlumata görə, Amerikanın Filadelfiya ştatındakı Templ Universitetinin şəhərciyi yaxınlığında baş verən atışmada beş nəfər yaralanıb, qurbanlardan üçünün vəziyyəti ağırdır.

Qeyd olunur ki, 28 yaşlı kişi 14, 20 yaşlı qadın isə yeddi güllə yarası alıb. 50 yaşlı kişi sinəsindən güllə yarası alıb. Digər zərərçəkənlərin vəziyyəti stabildir.

SİA bu barədə “RİA Novosti”yə istinad edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...