Türkiyədə yol qəzası nəticəsində 4 nəfər yaralanıb

Türkiyənin Bursa şəhərində qar yağışı səbəbi ilə sürüşkən yolda idarəetmədən çıxan mikroavtobus TIR-a arxadan dəyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qəza 06:00 radələrində baş verib.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Hadisə zamanı avtomobildə ilişib qalan mikroavtobus sürücüsü Çetin Özkan yanğınsöndürənlərin səyi nəticəsində xilas edilib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...