ABŞ-ın 10 ştatında “Omikron”a yoluxma qeydə alındı

ABŞ-ın 50 ştatının azı 10-da koronavirusun “Omikron” ştammına yoluxma halları qeydə alınıb.

SİA xəbər verir ki, əksər hallarda bu yaxınlarda Afrikanın cənubuna səyahət edən xəstələrdə sözügedən ştamma yoluxma aşkarlanıb. Bununla belə, azı iki ştatda - Havay və Minnesota ştatlarında ABŞ-ı tərk etməyənlərdə də koronavirusun yeni növünə rast gəlinib.

Son bir neçə gündə ölkədə koronavirusa yoluxma hallarının sayı artmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə