Afrika “poliqon” adlandirilib KORONAVİRUS MUTASİYALARI ÜÇÜN

Cənubi Afrikada koronavirusa qarşı immunizasiya səviyyəsi aşağıdır və bütövlükdə Afrikada təxminən bu 6%-dir, elə buna görə də mümkün mutasiyalar üçün “poliqon” olub. SİA xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının baş sanitar həkimi Anna Popova "Komsomolskaya Pravda" radiostansiyasının efirində söyləyib.

“Afrikada əhalinin 25%-dən bir qədər çoxu peyvənd olunur, yəni immunizasiya səviyyəsi çox aşağıdır. Cənubi Afrika Respublikasında, bütövlükdə Afrikada bu, ümumi əhalinin cəmi 6%-ni təşkil edir, ona görə də bu gün Mümkün mutasiyalar üçün Afrika “poliqon” olub və bu, tamamilə göz qabağındadır", dedi Anna Popova bildirib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Cənubi Afrikada tapılan koronavirusun yeni variantını narahatlıq doğuran kimi təsnif edib. Yeni ştam - B.1.1.529 - ÜST tərəfindən yunan hərfi omikron ilə adlandırılıbdır. Bazar ertəsi ÜST bildirib ki, omikronun yayılması ilə bağlı ümumi qlobal risk “çox yüksək” kimi qiymətləndirilir və onun bütün dünyada daha da yayılma ehtimalı da yüksəkdir. Onun sözlərinə görə, bu günə qədər omicron ştammından ölümlə bağlı bir dənə də olsun hal aşkarlanmayıb. ÜST əlavə edib ki, mövcud diaqnostik testlərin əksəriyyəti yeni ştamm aşkar etməyə qadirdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə