BMT Baş Assambleyası yeni virusa görə toplanır

Koronavirusun “delta” variantından daha təhlükəli ola biəcək yeni В.1.1.529 ştammını müzakirə etmək üçün BMT-də yüksək səviyyəli toplantı keçiriləcək.

SİA xəbər verir ki, bunu BMT Baş Assambleyasının sədri Abdulla Şahid özünün “Twitter” səhifəsində bəyan edib

O, toplantının yanvarın 13-də keçiriləcəyini bildirib.

Şahidin sözlərinə görə, iclasda mövcud təhlükələrlə yanaşı, qlobal vaksinasiyanın sürətləndirilməsi məsələsi də müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə