BMT TŞ Sudandakı vəziyyəti müzakirə edə bilər

BMT Təhlükəsizlik Şurası oktyabrın 26-sı Sudandakı vəziyyəti müzakirə edə bilər.

SİA-nın məlumatına görə, bu barədə "TASS"a BMT-dəki mənbə xəbər verib.

Mənbə bildirib: "Ola bilsin ki, sabah [26 oktyabr -red.] Təhlükəsizlik Şurasının iclası olsun". Mənbə digər təfərrüatlar barədə məlumat verməyib.

Qeyd edək ki, ötən gün Sudanda hərbçilər ölkənin baş naziri Abdulla Hamduk da daxil olmaqla bir sıra yüksəkvəzifəli məmurlar və siyasətçiləri həbs ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə