“Taliban” terrorçu kimi tanınmaq istəmir

Əfqanıstan Xarici İşlər Nazirliyinin müvəqqəti hökumətdəki sözçüsü Əbdül Kahar Bəlxi bildirib ki, “Taliban” terror təşkilatları siyahısından çıxarılmağa ümid edir. Belə ki, o, Rusiya Prezidenti Vladimir Putinin hərəkatın siyahıdan çıxarılması ehtimalı ilə bağlı sözlərini şərh edib.

“Müharibə başa çatandan dünya ölkələri də Əfqanıstana yanaşmalarında müsbət dəyişikliklər etməlidir. Biz beynəlxalq ictimaiyyətlə qarşılıqlılıq prinsipi əsasında yaxşı münasibətlərə can atırıq".

Qeyd edək ki, “Valday” Beynəlxalq Klubunun iclasında çıxışı zamanı bu fikirıəri səsləndirən Vladimir Putin Moskvanın “Taliban”ı terror təşkilatları sırasından çıxarmağa doğru addım atacağını vurğulamışdı.

Bununla yanaşı o, qərarın BMT səviyyəsində qəbul edildiyini də xatırlatmışdı.

“Biz bundan asılı olaraq həmrəyik və “Taliban”nın terror təşkilatlarının siyahıdan çıxarılması ilə bağlı qərar verəcəyik. Mənə elə gəlir ki, biz buna yaxınlaşırıq". Qeyd edək ki, bunları bildirən Rusiya lideri ölkəsinin xüsusi xidmət orqanlarının bu gün də Əfqanıstanla təmasda olduğunu bəyan etmişdi.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə