II Yelizaveta spirtli içki ilə “vidalaşır”

Böyük Britaniya kraliçası II Yelizaveta həkimlərin tövsiyəsi ilə 96 yaşında spirtdən tamamilə imtina etmək qərarına gəlib. “The Daily Telegraph” xəbər verir ki, o taxtının platin ildönümünü (70 il) ən yaxşı formada qeyd etmək istəyir.

Maraqlıdır ki, tibbi tövsiyələr heç bir xəstəliklə əlaqəli deyil və “ehtiyat olaraq” verilir.

Qeyd edək ki, bəzən axşamlar II Yelizaveta bir stəkan martinidən imtina etmirmiş.

Onu da bildirək ki, bu gün spirtli içkilərdən tamamilə imtina etmək üçün şəxsi bir qərar verən kraliça heç vaxt çox içməyib, yəni elə də içki aludəçisi olmayıb.

Ağasəf

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə