"İnstaqram"ın işində yenə problem yarandı

"İnstaqram"ın işində yenidən problem yaranıb. SİA xəbər verir ki, bu barədə “Downdetector” məlumat yayıb.

Problemlər əsasən Almaniya, Hollandiya və İngiltərədən olan istifadəçilər tərəfindən bildirilib. İstifadəçilərin əksəriyyəti tətbiqin işindən, həmçinin, serverə qoşulmaqdan, xəbər lentinin göstərilməsindən, saytla işləməkdən və digər problemlərdən şikayətçi olub.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə