Taliban humanitar yardım göndərmək qərarına gəlib

Hərəkatın təyin etdiyi Nazirlər Kabinetinin ilk iclasında Taliban üzvləri, Pancşir əyalətinə humanitar yardım göndərmək qərarına gəliblər. SİA xəbər verir ki, bu barədə Əfqanıstan RTA televiziya və radio şirkəti məlumat yayıb.

Qeyd olunur ki, əyalətə bu yaxınlarda Əfqanıstana gələn yardım göndəriləcək.

Xatırladaq ki, avqustun əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib, 15 avqustda Kabila girib və ertəsi gün müharibənin bitdiyini bildirib. ABŞ hərbçilərinin himayəsində olan Kabil hava limanından avqustun son iki həftəsində onlarla əməkdaşlıq edən Qərb vətəndaşları və əfqanların kütləvi şəkildə təxliyəsi olub. Avqustun 31-nə keçən gecə ABŞ ordusu Əfqanıstanda təxminən 20 illik ABŞ ordusunun mövcudluğuna son qoyub. Sentyabrın 6 -da Taliban, Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə öz nəzarətinə keçdiyini açıqlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə