Putin beynəlxalq telefon danışığı aparıb

Rusiya prezidenti Vladimir Putinlə çərşənbə günü beynəlxalq telefon danışığı keçirib. SİA xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında söyləyib.

"Beynəlxalq telefon danışığı oldu", deyə Peskov bildirib və tezliklə bu barədə məlumat verəcəyini də vəd edib.

Onun sözlərinə görə, prezident bu gün Düşənbədə keçirilən sammit iştirakçıları ilə ünsiyyətini davam etdirib.

Xatırladaq ki, Düşənbə sentyabrın 16 və 17 -də keçiriləcək sammitlərə ev sahibliyi edəcək. Putin şəxsən həmin sammitlərdə iştirak etməyi planlaşdırıb, amma daha sonra ətrafında koronavirusa yoluxan xəstələrin olmasını müşahidə edərək, özünü təcrid etdiyini bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə