Koronavirusdan ölüm sayı yüksək həddə çatıb Rusiya

Rusiyada koronavirusdan ölənlərin sayı artmaqda davam edir. Ötən gün ölkə ərazisində pandemiyanın əvvəlindən ən yüksək göstərici qeydə alınıb.

SİA-nın məlumatına görə, ölkədə son sutka ərzində 23 947 nəfər koronavirusa yoluxub.

Bu günədək koronavirusa yoluxanların sayı 6,1 milyon nəfəri ötüb.

Eyni zamanda, ötən gün Rusiyada 799 nəfər koronavirusdan ölüb. Ölkədə koronavirusdan ölənlərin sayı 153 095 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə